RU

ABŞ Trampı Ukraynaya yardım etməyə məcbur edən qanun hazırlayır

ABŞ Konqresi Donald Trampın Ağ Evə qayıtması ərəfəsində Ukraynaya yardım haqqında qanuna yeni prezidentin onu ləğv edə bilməməsi üçün düzəlişlər üzərində işləyir. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın The Hill nəşri məlumat yayıb.

Demokratlar və Respublikaçılar partiyalarındakı Ukraynapərəst qanunvericilər Ukraynanı dəstəkləyən əsas müddəaların yanvar ayına kimi qəbul edilməsi üçün çalışırlar. 

Qeyd olunur ki, bu, Tramp administrasiyasının hakimiyyətə gəlməsi və Respublikaçıların Konqresə tam nəzarət etməsi səbəbindən təhlükə altında olan yardımları qorumaq cəhdidir.

Qanun qəbul olunarsa, Trampdan daim Ukraynadan hərbi və iqtisadi dəstək istəməsi tələb olunacaq.

Konqresin aşağı palatasının sözçüsü The Hill-ə bildirib ki, bir sıra qanunvericilər qanun layihəsinin müddəalarını Milli Müdafiə Səlahiyyəti Aktına düzəlişlərə çevirmək üçün çalışırlar.

Nəşrin məlumatına görə, hazırda ABŞ qanunvericiləri arasında bu düzəlişlərin hansı formada elan ediləcəyi ilə bağlı konsensus yoxdur, halbuki dekabrda Trampın andiçmə mərasiminə cəmi üç iş həftəsi qalıb.

Samir

Избранный
5
1
hit.az

2Источники