RU

Berbokun Bakı səfəri zamanı qalmaqalı çıxışına XİN-dən reaksiya verildi

Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Bakupost.az “Musavat”a istinadən xəbər verir ki, “Frau Skandal” ləqəbi ilə tanınan nazir, COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu halda, əsas diqqətini Azərbaycana tənqidlər ünvanlamağa yönəldib. Onun fikrincə, Azərbaycan “demokratik standartlara” riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir.



Berbok, eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulmasını “tamamilə qəbuledilməz” adlandırıb. O, bildirib ki, “bu məhdudiyyətlər Avropa Şurası çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə ziddir və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil”.

Xarici işlər naziri Ceyhun Bayramov isə Berbokla görüş zamanı Azərbaycanın mövqeyini qəti şəkildə çatdırıb. O vurğulayıb ki, ölkəmiz haqsız və qərəzli kampaniyaların hədəfinə çevrilib və bu məsələdə ədalət gözlənilməlidir. Lakin Berbokun hansı konkret “demokratik standartların” pozulduğunu iddia etdiyi yenə də sual doğurur. Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur, müntəzəm seçkilər keçirilir, vətəndaş cəmiyyəti aktiv fəaliyyət göstərir.



Berbokun bu cür iddiaları daha çox Avropa dövlətlərinin Azərbaycana qarşı siyasi təzyiq yaratmaq cəhdləri kimi görünür. Əslində, Azərbaycanda qərbyönümlü namizədlərin zəif nəticələri Qərbin prioritetlərini düzgün təyin edə bilməməsindən qaynaqlanır, ölkənin “demokratik problemləri” ilə deyil. Bundan başqa, hər bir dövlətin, o cümlədən Azərbaycanın, əcnəbilərin ölkəyə girişinə qadağa qoymaq hüququ var. Bu hüquq beynəlxalq hüququn qəbul etdiyi norma olmaqla yanaşı, Vyana Konvensiyası ilə də təsdiqlənib. Azərbaycanın bu addımının səbəbi də kifayət qədər aydındır: Avropa Şurası Parlament Assambleyasının deputatlarının Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini tanımamaq qərarıdır.

Azərbaycanın belə bir qəti mövqe nümayiş etdirməsi məntiqə uyğundur. Çünki son illərdə ölkəmizə qarşı “insan haqları pozuntuları” ilə bağlı iddialar tez-tez səsləndirilir. Amma bu iddiaların əsl məqsədi başqadır: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və öz suveren hüquqlarını müdafiə etməsi bəzilərini narahat edir. Bakı isə bu məsələlərdə güzəştə getmək niyyətində deyil və prinsipial mövqeyini davam etdirir.

Berbokun davranışları təkcə bu səfərlə məhdudlaşmır. Onun ötən il Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar da böyük narazılığa səbəb olub. Belə ki, xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Qarabağın şəhərlərini erməni adları ilə adlandırıb. Ceyhun Bayramov dərhal onun bu ifadələrini düzəldərək, Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub.

Bundan əlavə, jurnalistlərin Berbokdan Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyini soruşması zamanı o, guya bu görüşün baş tutduğunu deyib. Amma sonradan məlum olub ki, onun Bakıda görüşdüyü qrup Ermənistanın deportasiya etdiyi qaçqınlar deyil, ümumi vətəndaş cəmiyyəti nümayəndələri olub. Eyni zamanda Berbok Ermənistan səfəri zamanı “Qarabağdan olan qaçqınlar”la görüşüb və “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də qatılıb. Bu hadisə o dövrdə ciddi etirazlarla qarşılanıb.

Nəticə etibarilə, Annalena Berbokun səfərləri və bəyanatları Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, Almaniyanın diplomatik nüfuzuna da ziyan vurur. Azərbaycan isə öz mövqeyindən geri çəkilmədən beynəlxalq hüquq çərçivəsində hərəkət edir və öz haqqını qorumaqda davam edir.
Избранный
5
13
bakupost.az

10Источники