RU

Azərbaycanın Tükiyədən idxalı yerində sayıb, Çin və Rusiyadan isə alışları artırıb

2024-cü ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın idxalında əsas ölkələrdən Çin, Rusiya və Türkiyə ilk üç yeri tutublar.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

Azərbaycanın Çindən idxalı 2024-cü ilin ilk 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 500 milyon 604 min dollar və ya 20% artaraq3 milyard 1 milyon 210 min dollar təşkil edib. Azərbaycanın Çindən idxalının həcmi 3 milyard dollar səviyyəsini ötən ilin 12 ayı ərzində aşmışdı. Bu il isə bu səviyyə cəmi 10 ay ərzində keçilib. 

Azərbaycanın Rusiyadan idxalı 2024-cü ilin ilk 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 487 milyon 902 min dollar və ya 19,6% artaraq 2 milyard 969 milyon 917 min dollar təşkil edib.

Azərbaycanın Türkiyədən idxalı isə 2024-cü ilin ilk 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə cüzi - 10 milyon 714 min dollar və ya 0,5% artaraq1 milyard 918 milyon 902 min dollar olub. 

Избранный
24
marja.az

1Источники