RU

Milli Məclisin bəzi deputatlarına mənzil verilib - Evi olan da yeni mənzilə "yox" deməyib

Senyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, bu məlumatı parlamentarların özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar əməkdaşımızın telefon zənginə cavab verərkən təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.

Araşdırmamız zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da öyrənilib. Məlum oldu ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.

Amma mənzilləri olan bəzi deputatlar yeni evə də “yox” deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.

Избранный
20
3
mia.az

5Источники