RU

Dr.Nabil Seyidov təlim keçib

Dr.Nabil Seyidov "Mavi kod sistemi və xəstəxanadaxili kommunikasiya" mövzusunda təlim keçib. SİA xəbər verir ki, 22 noyabr 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının rəis müavini, t.ü.f.d., kardioloq Nabil Seyidov növbəti cümə seminarları çərçivəsində "Mavi kod sistemi və xəstəxanadaxili kommunikasiya" mövzusunda təlim keçib. Təlimdə Mərkəzi Gömrük Hospitalının klinik bazasında rezidentura təhsili alan həkim-rezidentlər iştirak ediblər.

Dr.Nabil Seyidov təlim iştirakçılarına təcili yardım sistemləri, kommunikasiya üsulları barədə ətraflı məlumat verib. O, sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılması və təcili vəziyyətlərdə vaxtında müdaxilə edilməsi üçün rezidentlərin mavi kod təlimində iştiraklarının vacib olduğunu vurğulayıb.Təlimin sonunda Dr.Nabil Seyidov həkim-rezidentləri maraqlandıran sualları cavablandırıb

Избранный
33
sia.az

1Источники