RU

Harri Keyn Almaniya Bundesliqasında rekorda imza atıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, 31 yaşlı hücumçu buna XI turda "Auqsburq"a qalib gəldikləri (3:0) matçda nail olub.

Qarşılaşmada het-trik edən ingiltərəli forvard Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Holanda məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.

Избранный
6
8
hakimiyyet.az

9Источники