RU

“Arzulamadığım tək rəqib Türkiyə idi”

style='margin-bottom:10px;'>

Macarıstan millisinin baş məşqçisi Marko Rossi pley-off mərhələsinin püşkünü dəyərləndirib.

QOL.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, A Liqası uğrunda pley-off matçında Macarısta Türkiyə ilə qarşılaşacaq.

M.Rossi isə püşkü belə dəyərləndirib: 

"Türkiyə mənim püşkatmada qaçmaq istədiyim tək ölkə idi. Çünki bu komandanın gücünü və sahib olduğu bir çox dəyərli futbolçuları bilirəm. Üstəlik Türkiyəd səfər oyunu oynamağın necə bir şey olduğunun da fərqindəyəm. Səfər oyunumuz çox isti bir atmosferdə keçəcək".

Qeyd edək ki, 1/4 və pley-off oyunları gələn il 20-23 mart tarixlərində keçiriləcək. İyunun 4-5-də 1/2, iyunun 8-də isə 3-cü yer və final uğrunda matçlar olacaq.

Избранный
6
4
teleqraf.com

5Источники