Fərqli insanları dinləmək, iqlim dəyişikliyi ilə bağlı müzakirələr etmək və öz fikirlərimi səsləndirə biləcəyim bir məkanda olmaq məni çox heyran etdi.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Solomon adaları İqlim Fəaliyyəti Şəbəkəsində layihə koordinatoru Tanya Sauroko Afu deyib.
O vurğulayıb ki, indiyə qədər COP-larda tələblər qoyulsa da bunlara əməl olunmayıb: “Lakin hələ də ümidimiz var. COP29-da təşkilatçılıq çox yaxşıdır. Bizə ayrılan nəqliyyat və könüllülər həqiqətən əla idi”.