RU

Qəzza və Livanda azı 6 İsrail əsgəri intihar edib

İsrail mediası Qəzza zolağında və Livanın cənubundakı qarşıdurmalarda iştirak edən ən azı 6 İsrail əsgərinin psixoloji problemlərə görə intihar etdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Yedioth Ahronoth" qəzeti İsrailin son aylarda Qəzza və Livanda təşkil etdiyi hücumlarda uzun müddət xidmət etdikdən sonra psixologiyası pisləşən ən az 6 İsrail əsgərinin intihar etdiyini bildirib.

Qeyd olunur ki, intihar edən İsrail əsgərlərinin sayının daha çox olduğu təxmin edilir, lakin İsrail ordusu bu günə qədər bu məsələ ilə bağlı rəsmi məlumatları paylaşmaqdan imtina edib və ilin sonunda bu məlumatları paylaşacağını bildirib. İsrail ordusunun yaratdığı ruhi sağlamlıq klinikalarına minlərlə İsrail əsgərinin, eləcə də sahədə növbətçi psixoloqların müraciət etdiyi bildirilib. İsrailin Qəzza və Livandakı hücumlarına qatılaraq psixologiyasını pozan İsrail əsgərlərinin təxminən üçdə birinin "travma sonrası stress pozğunluğu"ndan əziyyət çəkdiyi diqqətə çatdırılıb.

Müharibə səbəbi ilə psixologiyası zədələnən İsrail əsgərlərinin sayının yaralananlardan çox olacağı təxmin edilirdi. Bildirilib ki, hərbi ekspertlər İsrail əsgərlərinin psixoloji durumu ilə bağlı böhranın əsl ölçülərinin İsrail ordusunun döyüş əməliyyatları başa çatdıqdan sonra “yarı normal həyata” keçidi zamanı ortaya çıxacağını proqnozlaşdırıblar. İsrail ordusunun Psixi Sağlamlıq İdarəsinin rəisi Lucian Lior mart ayında "Haaretz" qəzetinə verdiyi açıqlamada təxminən 1700 İsrail əsgərinin psixoloji müalicə aldığını bildirib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 44 min 56 fələstinli ölüb, 104 min 268 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Избранный
54
1
sia.az

2Источники