RU

Arktik nəhənglər: Rekord böyüklükdə unikal viruslar aşkarlandı

Rusiyalı mikrobioloqlar Arktikanın daimi donuşluğunda heyrətamiz kəşf ediblər. Şimal Buzlu okeanın adalarında adi viruslardan 30 dəfə böyük olan nəhəng viruslar tapılıb.

Bu barədə "Nauka.rf" portalında təqdim edilən hesabatda məlumat verilib.

Alimlər Arktikanın daimi donuşluq ərazilərindən nümunələr götürüb və orada aşkar edilən virusların ölçülərini müəyyən ediblər. Nəticələr tədqiqatçıları heyrətləndirib: tapılan virusların uzunluğu 1500 nanometr təşkil edib. Müqayisə üçün, koronavirus "SARS-CoV-2"nin uzunluğu 50-200 nanometr arasındadır.

Arktikadan tapılan nəhəng viruslar təkcə ölçülərinə görə deyil, həm də genetik tərkibinə görə öz həmcinslərindən fərqlənir. Analiz göstərib ki, onların genomunda digər virus qruplarına xas olan genlər, demək olar ki, yoxdur. Bu, Arktik nəhənglərin unikal, əvvəllər məlum olmayan virus qrupu ola biləcəyini ehtimal etməyə imkan verir.

Alimlər hesab edirlər ki, daimi donuşluqdan tapılan nəhəng virusların gələcək tədqiqi biologiyada irəliləyişə səbəb ola bilər.
 
 

Избранный
63
3
7news.az

4Источники