Fransa prezidenti Emmanuel Makron Haiti liderlərini "axmaqlar" adlandırıb. İndi ölkələr arasında qalmaqal yaranıb.
Bu barədə 7News.Az "The Guardian”a istinadən xəbər verir.
Qəzetin yazdığına görə, Haiti hökuməti Fransanın bu ölkədəki səfirini Makronun "dost olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün çağırıb.
Xüsusilə, çərşənbə günü Fransa prezidenti bu Karib ölkəsinin vəziyyətini şərh edib. O, Haitinin keçid prezident şurasının baş nazirin vəzifəsindən kənarlaşdırılması qərarını "tamamilə axmaqlıq” adlandırıb. Bu qərar noyabrın əvvəlində bandit zorakılığının artması fonunda qəbul edilib.
"Düzünü desəm, narkotik ticarətinə göz yumaraq Haitini öldürən helə haitililərin özləridir", deyə Makron bildirib.
Braziliyada bu sözlərdən sonra Fransa prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən uzaqlaşdırılan Haitinin keçmiş baş naziri Harri Konili tərifləyib. Makron onu böyük lider adlandırıb.
"Onlar axmaqdırlar, onu vəzifədən kınarlaşdırmamalı idilər", deyə Fransa lideri bildirib.
Nəticədə Makronun açıqlamaları Haitidə (keçmiş Fransa koloniyası) qəzəb doğurub. Lakin cümə axşamı Çilidə Fransa prezidenti tonu yumşaldıb.
"Fransa heç vaxt böhrana biganə qalmayacaq... İstər Haitidə, istər Venesuelada, istərsə də Avropanın kandarında faciə qarşısında heç vaxt ikili standartlar olmayacaq", deyə Makron vurğulayıb.
Nəşr izah edib ki, Haiti rəhbərliyi daxili çəkişmələr nəticəsində parçalanıb və təhlükəsizliyin bərpası və seçkilər üçün zəmin hazırlamaq vəzifəsi daşıyan keçid prezident şurasının üç üzvü korrupsiyada ittiham olunur. Onlar öz postlarında qalırlar.
"The Guardian” həmçinin əlavə edib ki, Fransa Haitidə təhlükəsizliyin bərpasına kömək etmək üçün çox az resurslu təhlükəsizlik missiyasını maliyyələşdirmək, habelə qoşunları üçün fransız və kreol dili kurslarını maliyyələşdirmək üçün BMT fonduna 4 milyon avro vəd edib.
Bundan əlavə, Haiti Xarici İşlər Nazirliyi bildirib ki, görüşdə Fransa səfiri Antuan Mişon Fransanın təhlükəsizliyin bərpasına və seçkilərin keçirilməsinə kömək etmək üçün Haitinin tərəfində qalacağına söz verib.