RU

Azərbaycan mediasının COP29 sınağı

Bakı. Trend:

Çağdaş tarixi bir-birindən əlamətdar və yaddaqalan hadisələrləzəngin olan müstəqil Azərbaycan bu dəfə BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) evsahibliyi edərək dünyanın diqqətini özünəçəkdi. Bu möhtəşəm tədbirdə iştirak üçün xaricdən Bakıya onminlərlə insan gəlmişdi. Təkcə nüfuzlu media qurumlarını təmsiledən jurnalistlərin sayı 3600 nəfərdən çox idi.

Təbii ki, əcnəbi medianın diqqət mərkəzində olan belə birmöhtəşəm tədbir Azərbaycan mediasının da üzərinə böyük məsuliyyətqoyurdu və həmkarlarımızın bu işin öhdəsindən peşəkarlıqlagəldiklərini, mötəbər toplantını yüksək səviyyədə işıqlandırmağıbacardıqlarını əminliklə söyləyə bilərik. COP29-un birinci günündənson gününə qədər keçirilən çoxsaylı tədbirlərin yaddaqalan epizodvə nüanslarının təhlili də qənaətimizi möhkəmləndirir. Əlbəttə, bumənzərə sevindirici, eyni zamanda, qürurvericidir. Belə böyükmiqyaslı tədbirin özü isə mediamız üçün bir təcrübədir.

Əvvəla, tədbirin iştirakçılarının sayının çoxluğu və onlarlafəal ünsiyyət, ilk növbədə, media təmsilçilərimizinkommunikabelliyinin güclənməsinə ciddi təsir göstərdi. Bundanəlavə, bütövlükdə sessiyanın və onun tərkib hissəsi olan panelmüzakirələrin işıqlandırılması, müxtəlif ölkələrdən gələn yüksəkçinli iştirakçılarla, ictimai-siyasi xadimlərlə müsahibələrinaparılması zamanı jurnalistlərimizin xarici dil biliklərini nümayişetdirmələri çox təqdirəlayiq hal idi. Ayrı-ayrı mediaqurumlarımızın əməkdaşları qonaqlarla birbaşa ünsiyyət saxlayır,onların fikir və düşüncələrini bölüşmələrini təmin edirdilər.

O ki qaldı COP29-un başlıca mövzusuna, iqlim dəyişmələri,ekoloji vəziyyət və onun təzahürlərinə dair qlobal məsələləriöyrənmək özü ayrıca təcrübədir. Bakının bu məsələlərin genişmiqyasda müzakirə meydanına çevrilməsi, istər-istəməz, mediamızında mövcud istiqamətdə yeni biliklərə yiyələnməsinə, peşəkarlığınınartmasına şərait yaratdı.

Nəzərə alaq ki, kommunikabellik və xarici qonaqlarla yüksəksəviyyəli ünsiyyət həm də mövzuya yaxşı bələdçilik tələb edir.Bunun üçün isə məlumatlanmaq, maariflənmək əsas şərtdir. Hesabedirəm ki, COP29 jurnalistlərimizin yeniliklərlə tanış olmalarıüçün, bir növ, katalizator rolunu oynadı.

Daha bir vacib məqam ondan ibarət idi ki, Azərbaycan mediasıCOP29-la bağlı məsələlərin işıqlandırılmasında xarici media üçünistinad mənbəyi oldu. İstinad, təbii ki, etimad və etibarlılıqmövcud olduğu təqdirdə yaranır. Hesab edirəm ki, jurnalistlərimizCOP29 çərçivəsində reallaşmış ayrı-ayrı tədbirlərin mahiyyətinidüzgün formada, yüksək peşəkarlıqla çatdırdıqlarından, verilənmesajları səlis şəkildə işıqlandırdıqlarından onlara ciddi inamyarandı. Heç şübhəsiz, bu inam gələcəkdə digər fəaliyyətistiqamətlərinə də öz müsbət təsirini göstərəcək.

Azərbaycan mediası bu günlərdə həm də cəmiyyətdə COP29aktivliyinin təmin edilməsinə nail oldu. Burada yalnız ayrı-ayrıtədbirlərin işıqlandırılması yox, eyni zamanda, həmin tədbirlərətrafında müzakirələrin təşkili, ekspert və mütəxəssislərinmövqelərinin çatdırılması da zəruri və əhəmiyyətli idi.Jurnalistlərimiz bu vəzifənin öhdəsindən də layiqli şəkildəgəldilər və belə demək mümkünsə, cəmiyyətimizin COP fəallığınınformalaşmasına töhfələrini verdilər. Fəallıq isə ətraf mühitməsələlərinə həssas yanaşma baxımından şərtdir.

Daha bir sevindirici hal Azərbaycan mediasının COP29-unişıqlandırılmasında yeni texnologiyalar və innovativ metodlardanistifadəsi idi. Bu, tədbirin verdiyi mesajların cəmiyyət tərəfindənmənimsənilməsinə dəstək deməkdir. Nəzərə alaq ki, insanlarımızcanlı yayımlara, sosial media kampaniyalarına, habelə interaktivməzmuna daha çox üstünlük verirlər.

Bundan başqa, COP29-un miqyasının böyüklüyü və bunun nəticəsiolaraq ölkəmizə jurnalist axınının güclənməsi yerli mediatəmsilçilərimizin xarici həmkarları ilə birbaşa əlaqələrininmöhkəmlənməsinə də təkan verdi. Bunun özü kifayət qədər ciddidividend sayıla bilər. O baxımdan ki, xaricdəki həmkarlarla şəxsitanışlıq dünya təcrübəsinin mənimsənilməsində, informasiyamübadiləsinin güclənməsində mühüm amildir.

Nəhayət, ümumən, ölkəmizin təbliğatı və Azərbaycanhəqiqətlərinin çatdırılması amilini də unutmaq olmaz. Nəzərə alaqki, COP29-da dünyanın müxtəlif yerlərindən 70 mindən çox insaniştirak etdi. Onların arasında yüksək ranqlı, nüfuzlu şəxslərvardı. Yeri gəlmişkən, qeyd edim ki, jurnalistlərimizprezidentlərlə, baş nazirlərlə müsahibələrə can atırdılar, kifayətqədər sərbəst davranmağı bacarırdılar. Nəticədə ölkəmizin təbliğatıbaxımından da xeyli əlverişli mühit formalaşdı.

Yəni, jurnalistlərimiz fürsətdən lazımınca bəhrələndilər. Onlarqonaqların Azərbaycan tarixi, mədəniyyəti, məişəti, mətbəxi,həmçinin COP29-un təşkili barədə təəssüratlarını bölüşmələriistiqamətində çalışdılar və mövcud xüsusda hazırladıqlarımaterialları xaricdə də yaymaqla son dərəcə vacib təbliğat işininöhdəsindən ustalıqla gəldilər. Bütün bunlar isə COP29-la bağlıdünyadakı bəzi qüvvələrin, o cümlədən, ermənipərəst dairələrinantiazərbaycan mahiyyətli ritorikalarına layiqli cavab idi.

Ayrıca COP29 ərəfəsində ölkəmizdə ingilisdilli telekanalınfəaliyyətə başlaması ümumi media mənzərəsinin tamamlanmasıbaxımından, bir növ, yerinə düşdü. Telekanalın əməkdaşlarınınfəallıqları, peşəkar yayımları diqqətimdən yayınmadı. Habelə,onların ayrı-ayrı yüksək vəzifəli xaricilərlə ünsiyyətahəngdarlığını hiss etdim. O cümlədən, səmimi və nəzakətlidavranışlarını da. Bunlar jurnalistikada son dərəcə önəmliməqamlardır. Fikrimcə, jurnalist, media təmsilçisi əlaqə saxladığımüsahibin yalnız dilində danışmalı deyil, eyni zamanda, ünsiyyətidə həmin şəxsin mental xüsusiyyətlərdən irəli gələn anlayış tərzinəuyğun qurmalı, mimika və jestikulyasiyaları yerində etməyibacarmalıdır. Bunu görmək, həqiqətən, çox sevindirici idi.

Azərbaycan mediasının COP29-un işıqlandırılmasında mühüm roloynadığını beynəlxaq tədqiqat mərkəzlərinin təhlilləri dətəsdiqlədi. Dəyərləndirmələrin dəqiq müəyyənləşdirilmiş ölçülərə vəmeyarlara əsasən aparıldığını nəzərə alsaq, deyə bilərik ki, buqiymət obyektiv idi, heç də ölkəmizin nüfuzlu beynəlxalq tədbirə evsahibliyini gerçəkləşdirməsindən irəli gəlmirdi.

COP29-da mediaya yaradılmış şərait üzərində də dayanmaqistərdim. Media mərkəzi ilə şəxsən tanış olduğumdan deyə bilərəmki, istər yerli, istərsə də xarici jurnalistlərin dinamik fəliyyətgöstərmələrində şərait amili də öz sözünü dedi. COP29-un mediakoordinatoru Aleksandr Sayerin açıqlaması da pozitiv mənzərəyəaydınlıq gətirdi. Cənab Sayer konkret statistika üzərində dayandıvə bildirdi ki, Olimpia Stadionunda yazılı mətbuat üçün təxminən300 yerlik sahə var, beynəlxalq media üçün isə 60-a yaxın otaqayrılıb: “Hər şey müzakirə olunaraq, planlaşdırılaraq yüksəksəviyyədə təşkil edilib. Təkcə media mərkəzi deyil, bütün məkandahər şey yaxşı hazırlanıb”.

Bir sözlə, bu gün hər anlamda demək olar ki, Azərbaycan dövlətikimi, ölkəmizin jurnalistikası da COP29 sınağından üzüağ vəalnıaçıq çıxdı. Bu münasibətlə həmkarlarımı təbrik edir, onlarauğurlar, Vətənimizi ucalarda tutacaq daha böyük tədbirləriişıqlandırmalarını arzulayıram.

Rəşad MƏCİD,
Azərbaycan Mətbuat Şurasının sədri

Məqalədə:
Избранный
4
10
az.trend.az

10Источники