Gürcüstan Prezidenti Salome Zurabişvili yerli televiziya kanalına müsahibəsində deyib ki, parlamentin yeni tərkibi Rusiyanın ölkəyə təsir vasitəsinə çevrilə bilər.
“AzPolitika”xəbər verir ki, Zurabişvilinin sözlərinə görə, “yeni parlamentə daxil olanlar Rusiyaya daxil olacaqlar”.
Zurabişvili qeyd edib ki, bugünkü vəziyyət 2020-ci il parlament seçkilərindən sonra yaranmış vəziyyətdən çox fərqlidir. “2020-ci ildə ölkənin fərqli istiqamətə getdiyi hissi yox idi… Seçki bizdən oğurlandı və bu gün vəziyyət tamamilə fərqlidir, kim parlamentə daxil olsa, Rusiyaya daxil olacaq”.
Prezident vurğulayıb ki, heç bir partiya parlamentə getmədikcə, “Gürcü arzusu” tək qalacaq: "Onlar təkdirlər. Parlamentdə təkdirlər, hökumətdə təkdirlər. Təkpartiyalı hökumət, parlament, bütün hakimiyyət bir adamındır və mövcud olan bütün qurumlar tamamilə bu bir partiyadan asılıdır".
“AzPolitika.info”