RU

Şəhidimiz polkovnik Babək Səmidlinin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini olan polkovnik Babək Səmidli müharibə başa çatdıqdan sonra 2020-ci il noyabrın 23-də Suqovuşan ərazisində minaya düşərək şəhid olub.

QHT.az xəbər verir ki, o, 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci ilin 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olub. 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil alıb. 2016-cı ilin "Aprel döyüşləri"ndə də fərqlənərək şücaət göstərən Babək Səmidli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və onun rəhbərliyi altında bu qəsəbə qısa müddət ərzində işğaldan azad edilib.

Babək Səmidli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Избранный
18
qht.az

1Источники