RU

Fundamental məsələlərdə Azərbaycan və Çin liderlərinin mövqeyi üst-üstə düşür- ÖZƏL

"Rəsmi Bakı-Pekin münasibətləri üçün xarakterik əməkdaşlıq və dostluq mühiti Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Mıclisin deputatı Elman Nəsirov deyib: "Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan "Vahid Çin" ideyasını qəbul edir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur, haqq işimizi hər yerdə və hər zaman dəstəkləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hər iki dövlətin liderlər arasında şəxsi dostluq münasibətlərinin olması faktı da dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təsir edən həlledici amillərdən biridir. Təsadüfi deyildir ki, ÇXR-in Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə olan yüksək etimadını "Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz" fikirləri ilə ifadə etmişdir. Prezident İlham Əliyev də öz növbəsində cənab Si Cinpinin Azərbaycana olan xeyirxah münasibətinə yüksək qiymət verərək vurğulamışdır ki,"Mən bilirəm ki, siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники