RU

Səyyad Dadaşov: “Çempionluğu hədəfləsəm də, bu dəfə alınmadı”

“⁠Yarış çox yaxşı keçdi. İlk dəfə idi ki, bu çəkidə bu qədər idmançı mübarizə aparırdı: 55 nəfər az bir say deyil”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin taekvondoçusu Səyyad Dadaşov (54 kq) deyib.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında Avropa çempionatında bürünc medal qazanan idmançımız çıxışını dəyərləndirib. O bildirib ki, hər bir görüşü çətin keçib: “Yarışa çox yaxşı hazırlaşmışdım. Milli komanda ilə birlikdə çoxlu təlim-məşq toplanışlarında iştirak etmişdim. Çempionatda 5 döyüşdən 4-də qalib gəldim. Yarımfinalda isə məğlub oldum. Çempionluğu hədəfləsəm də, bu dəfə alınmadı. Rəqibim qələbə qazandığı üçün bürünc medal əldə etdim”.

O, gələcək hədəflərini də açıqlayıb: “Bu, ilin son yarışı idi. 2025-ci bizi mühüm turnirlər gözləyir. Əsas məqsədim uğurlarımın ardını gətirməkdir”.

Qeyd edək ki, U-21 Avropa çempionatında Vasif Səlimov (63 kq) da bürünc medala yiyələnib.

Banuçiçək Hüseynli
İdman.biz

Избранный
13
idman.biz

1Источники