İsrail ordusu Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən binaya hücum edib.
“AzPolitika” xəbər verir ki, əl-Basta bölgəsində yerləşən 8 mərtəbəli binaya döyüş təyyarələri ilə 5 raket atılıb və nəticədə bina tamamilə dağılıb.
Mülki əhalinin məskunlaşdığı ərazidə həyata keçirilən hücumda ilkin məlumata görə 4 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.
“AzPolitika.info”