Bakı. Trend:
Bakının yol infrastrukturu və hərəkət təhlükəsizliyinintəkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyatakeçirilib.
TrendAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbərverir ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsininkəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.
Belə ki,layihənin icrasından əvvəl 8 Noyabr prospektindən QədirMəmmədov küçəsinə sola dönmək mümkün deyildi. Eyni zamanda QədirMəmmədov küçəsindən sola dönərək 8 Noyabr prospekti ilə hərəkətetmək mümkün olmurdu.
Yeni layihənin icrasından sonra isə svetofor obyektləriquraşdırılaraq hərəkətin təhlükəsiz və rahat təşkili təminedilib.
Bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarınıgenişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına vəyol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.
Qeyd edilib ki, hazırda ərazidə nişanlanma işlərinin təşkilidavam etdirilir.