“Azərbaycanı qərəzli şəkildə “petrostate” kimi təqdim etməyə çalışanlar üçün daha bir bilgi: Bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.
O bildirib ki, həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib:
“Külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt·st enerji istehsal edilib.
Hədəflər də ölçülə bilən və realdır. 2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur.
Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”.
"Cebheinfo.az"