RU

COP29-da istifadə olunan elektobusların aqibəti necə olacaq? -RƏSMİ

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı paytaxtın bir sıra yollarında məhz COP29 zolaqları çəkilmiş, elektrobuslar gətirilmişdi.

Artıq konfransın sonuna çatıb. Belə olan halda, sürücüləri bu zolaqların aqibətinin necə olacağı maraqlandırır. Bəs elektrobuslar necə, marşrit xətlərinə buraxılacaqmı?

Aslan Əsədov, nəqliyyat eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, COP29 ilə əlaqəli ayrılmış zolaqların taleyi haqqında hal-hazırda bir şey demək mümkün deyil. Onun sözlərinə görə, bu, ümumi veriləcək qərardan asılıdır:

"Ola bilsin ki, bəzi zolaqlar avtobus zolağı olaraq qalsın, bəziləri də ümumi istifadəyə verilsin”.

COP29 ərəfəsində paytaxtımıza elektrobusların gətirildiyini deyəb müsahibimiz hesab edir ki, bu avtobuslar marşrut xətlərinə buraxılsa, yollarımızdakı tıxac problemi də bir qədər aradan qalxacaq".

“Hadisələrin axarını gözləmək lazımdır, bu kimi addımların atılması özünü çox gözlətməyəcək”, - deyə Aslan Əsədov əlavə edib.

Tural Orucov, AYNA-nın mətbuat katibi

Azərbaycan Yerüstü Nəqliyyatı Agentliyinin ( AYNA ) mətbuat katibi Tural Orucov isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu avtobuslar ictimai nəqliyyata veriləcək:

“COP29 zamanı Bakıya gətirilən elektrobuslar sərnişinlərin istifadəsinə veriləcək”.

Nuriyyə Musayeva

Избранный
25
bakivaxti.az

1Источники