RU

“Azərbaycan Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”

“Azərbaycan

“Azərbaycanı qərəzli şəkildə “petrostate” kimi təqdim etməyə çalışanlar üçün daha bir bilgi: bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb”.

Xalqcəbhəsi.az xəbər veri ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

V.Bayramov əlavə edib ki, həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib. Onun sözlərinə görə, külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt·st enerji istehsal edilib: “Hədəflər də ölçülə bilən və realdır. 2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur. Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”.

Xalqcəbhəsi.az

Избранный
17
1
xalqcebhesi.az

4Источники