RU

Merkel: “Rusiya ilə danışıqlar təkbaşına aparılmamalıdır”

Almaniyanın keçmiş federal kansleri Angela Merkel hesab edir ki, Kiyev birtərəfli qaydada Rusiya ilə danışıqlara başlamaq qərarı verə bilməz.

Musavat.com xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində o, eyni zamanda belə bir ifadə işlədib: “Əlbəttə ki, danışıqlar Ukraynanın başı üstündən də aparılmamalıdır”.

Merkel hesab edir ki, Ukraynanı dəstəkləyən bir çox dövlətlər Rusiya Federasiyası ilə diplomatik həllin müzakirə olunacağı zaman Kiyevlə birlikdə qərar verməlidirlər”.

Keçmiş kansler vurğulayıb ki, bunu tək Kiyev həll edə bilməz.

Merkel əlavə edib ki, sülh danışıqlarının nə vaxt başlacağını bilmir.

Musavat.com

Избранный
20
musavat.com

1Источники