1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbul nəhənglərindən olan "Qalatasaray" İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem"in futbolçusu Son Hın Min və "Liverpul"un qolkiperi Alisson Bekeri transfer etmək istəyir.
Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" hər iki ulduz futbolçunu mövsümün sonunadək icarə əsasında transfer etmək niyyətindədirlər.
32 yaşlı qolkiper Alisson Beker "Liverpul"dan ayrılacağı üçün "Qalatasaray"ın təklifini qəbul edib.
Son Hın Min isə karyerasını Avropa klublarında davam etdirmək istədiyi üçün "sarı-qırmızılar"ın təklifini geri çevirib.