RU

Müfəttiş (IT audit) - VAKANSİYA

"Bank of Baku" şirkəti, Daxili audit departamenti, İnformasiya texnologiyalarının auditi şöbəsi, müfəttiş (IT audit) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • İllik audit planına uyğun olaraq davamlı audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
  • Bankın İT infrastruktur, siyasət, əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
  • İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
  • İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
  • Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
  • Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
  • Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr təklif etmək; 
  • Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə nəzarət və monitorinq sahələrində minimum 1 il iş təcrübəsi;
  • İT və İT təhlükəsizlik sahəsində praktiki biliklərə malik olmaq;
  • İnformasiya təhlükəsizliyi sahəsində biliklərə malik olmaq;
  • İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında baza biliklərinə malik olmaq;
  • Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Stressə davamlılıq və komandada işləmək bacarığı;
  • Peşəkar bilik və bacarıqlarını artırmağa daima hazır olmalı;
  • Peşəkar kvalifikasiyalar üzrə sertifikatları olanlara üstünlük veriləcək.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
 

Zemfira Ms
Fins.az

Избранный
3
1
fins.az

2Источники