RU

İran-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur

İranın nüvə hazırlıqları ABŞ-ni narahat edir. Cənub qonşumuz nüvə silahı əldə edə bilsə dünyanın 10-cu nüvə dövləti olacaq və bu da Amerikanın narahatlığı deməkdir.

KONKRET.az xəbər verir ki, Tramp birinci prezidentliyi dönəmində də İran rejiminə qarşı sərt mövqe göstərmişdi. Trampın yeni dövlət katibi təyin etdiyi
Marko Rubio da ABŞ Senatında İrana qarşı sərt mövqeyi ilə seçilib. Tehranın keçən ay İsrailə 200 raket atmasını Rubio brlə şərh edib: “Maksimum təzyiq və birbaşa və qeyri-mütənasib tədbirlər görülməlidir”. Bu, həm də İran neftini alan ölkələrə xəbərdarlıqdır. Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin etdiyi Michael Waltz da eyni fikirdədir. O, İsrailə Xarq adasındakı neft obyektlərinə və İranın Natanzdakı nüvə zavodlarına zərbələr endirməsini təklif edib. Tramp da İsraili İranın nüvə obyektlərini dağıtmağa çağırıb.

Vəli Həsənov,

KONKRET.az

Избранный
22
konkret.az

1Источники