RU

Köhnə avtomobillər bu tarixdən DÖVRİYYƏDƏN ÇIXARILIR 

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı tədbirlər proqramı hazırlanması nəzərdə tutulur. Belə ki, bununla bağlı  Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsi tərəfindən layihə hazırlanır.  Bəs görəsən bu ildən olan avtomobillər dövriyyədən çıxarılacaqmı? Bu özünü necə doğruldacaq?

 

 Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov Moderator.az-a danışıb. Bildirib ki, insanların köhnə avtomobillərdən asanlıqla əl çəkməsi çətin prosesdir: 

 "İnsanlar əllərində olan köhnə avtomobildən maksimum dərəcədə faydalanmağa çalışır. Təsadüfi deyil ki, hazırda ölkəmizdə olan avtomobillərin çox hissəsi 20-30 il istismarda olan maşınlardır. Bölgələrdə hətta 50-60 yaşlı avtomobillərə də rast gəlinir. Bu da bizlərdə avtomobilə xüsusi önəm verilməsindən qaynaqlanan haldır.

 Məlumat üçün bildirim ki, heç bir avtomobil dövriyyədən çıxarılmayacaq. Xüsusi olaraq köhnə avtomobillərin dövriyyədən çıxarılması üçün heç nə nəzərdə tutulmayıb.  Köhnəlmiş avtomobil yararsız avtomobil kimi utilizasiya proqramına əsasən uçotdan çıxarmaq olar". 

Избранный
33
moderator.az

1Источники