1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilən "Formula-1" üzrə dünya çempionatının 22-ci mərhələsində sıralanma turu başa çatıb.
Oxu.Az xəbər verir ki, sessiyanın ən yaxşı nəticəsini "Mercedes" komandasında çıxış edən Corc Rassell göstərib.
Britaniyalı sürücü həlledici cəhdindən "Ferrari"nin sürücüsü Karlos Saynsı cüzi üstələyib. Beləliklə, sabah baş tutacaq əsas yarışın ilk cərgəsindən bu iki sürücü start alacaq.
Onları ikinci cərgədən start alan "Alpine" komandasının fransalı sürücüsü Pyer Qasli və "Ferrari"nin digər sürücüsü Şarl Lekler qabaqlamağa çalışacaqlar.
Üçüncü cərgədən isə titula əsas namizədlər - "Red Bull"dan Maks Ferstappen və "McLaren"in pilotu Lando Norris yarışa başlayacaqlar. Əgər finiş xəttini onlar bu ardıcıllıqla keçsələr, Maks ardıcıl 4-cü çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcək.
Qeyd edək ki, Las-Veqas Qran-prisində əsas yarış noyabrın 24-də Bakı vaxtı ilə saat 10:00-da start alacaq.