RU

Quterreş: "Pakistanda mülki şəxslərə qarşı hücumlar qəbuledilməzdir"

BMT-nin baş katibi Antonio Quterreş Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində törədilən ölümcül hücumu qətiyyətlə pisləyib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin nümayəndəsi Stefan Dujarrik məlumat verib.

Gündəlik brifinqdə onun sözçüsü Stefan Dujarrik bildirib ki, baş katib mülki şəxslərə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb. Quterreş həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı verib. O, Pakistan hökumətini araşdırma aparmağa və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.

Qeyd edək ki, Pakistanda silahlı şəxslər tərəfindən həyata keçirilən hücumda 3 sərnişin avtomobili hədəf alınıb. Ən azı 42 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Gülşən Şərif


  
 

Избранный
28
bakivaxti.az

1Источники