RU

Azərbaycan çempionatı başlayır

Milli Gimnastika Arenasında kişilər arasında 29-cu, qadınlar arasında isə 8-ci idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.

Qeyd edək ki, ölkə çempionatları noyabrın 25-dən 26-dək davam edəcək.

Избранный
13
12
fanat.az

10Источники