RU

İndiki parlamentə qoşulmaq, Rusiyaya qoşulmaq deməkdir- Gürcüstan prezidenti Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, yeni parlamentə daxil olanlar Rusiyaya qoşulmuş olarlar.

Editor.az xəbər verir ki, o, bu barədə “Mtavari Arkhi” televiziya şirkətinə müsahibəsində bildirib. Prezident qeyd edib ki, bugünkü vəziyyət 2020-ci il parlament seçkilərindən sonra yaranmış vəziyyətdən çox fərqlidir.

“2020-ci ildə ölkənin fərqli istiqamətə getdiyi hissi yox idi, seçkilərdə kütləvi saxtakarlıq hissi yox idi. Həmişə olduğu kimi, normal saxtalaşdırmalar dediyim şeylər var idi və buna gülürlər. Amma seçkilərin və ölkənin bizdən oğurlandığı hissləri mövcud deyildi.

Prezident qeyd edib ki, heç bir partiya parlamentə daxil olmadıqca, boykot rejimində olsa belə, “Gürcü arzusu” parlamentdə tək qalacaq. “Onlar parlamentdə təkdirlər, hökumətdə təkdirlər, tək partiyalı hökumət, parlament, bütün hər şey şaquli vəziyyətdə bir adamın əlində və ölkədə mövcud olan bütün qurumlar tamamilə bu bir partiyadan asılı”, – prezidenti Salome Zurabişvili deyib.

//Samir Qurbanov, Editor.az

Избранный
26
editor.az

1Источники