RU

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI

Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxsin kimliyi məlum olub.

Turkustan.az xəbər verir ki, bu barədə "musavat.com" saytı məlumat yayıb.

Saytın məlumatına görə, tutulan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.

***

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

Turkustan.az xəbər verir ki, bu barədə APA-nın məlumatında bildirilib.

Agentlik qeyd edir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. "Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb", - xəbərdə qeyd olunur.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Həmin şəxs özünü diplomat kimi təqdim edib.

***

09:39

Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

Turkustan.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib.

Sayt qeyd edir ki, sözügedən şəxs son aylarda ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub. Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

***

08:13

Türkiyənin İstanbul şəhərinidə yerləşən "Vadistanbul" ticarət mərkəzinin qarşısında dayanan taksidən 70 kiloqram qızıl aşkarlanıb.

Turkustan.az bu barədə "Cumhuriyyet" qəzetinə istinadən xəbər verir.

İstanbul polisinin keçirdiyi əməliyyat zamanı taksidə olan azərbaycanlı diplomat olduğunu, qızılların ona məxsus olduğunu bildirib. Polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb

İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmanın davam etdiyini və şübhəlinin diplomatik toxunulmazlığının olub-olmamasının araşdırıldığını açıqlayıb.

Избранный
2
2
turkustan.az

10Источники