Misli Premyer Liqasının 14-cü turunda “Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi – 2:0.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov jurnalistlərə müsahibə verdi.
Funksioner “İctimaiyyətdə belə bir fikir var ki, bugünkü nəticələrə görə sizin də yer aldığınız köhnə AFFA rəhbərliyi daha çox günahkardır” fikrinə belə münasibət bildirdi:
“Kimi istəyirlər günahlandırsınlar. İfadəmə görə üzr istəyirəm. Gedəndən sonra lap zurna çalsınlar. Eyni adamlar 0:6 uduzur. Qocalmayıblar ki? Futbolçu meydanda qorxursa, ayağını topa qoymursa ki, zədə alaram, buna Santuş, De Byazi və ya mən, siz nə edə bilər? Özünü qoruyur ki, klubda yaxşı maaş alıram. Niyə burda özümü zədələyim. Sonra da klubdan yola salsınlar. Bunu mən görürəm. Bu adamlar klub tərəfindən cəzalanmalıdılar. Millidə 5 gün olur. Məşq edir, oyuna çıxır vəssalam. Sonra da başlayırlar ki, bizə mükafat verin. Yoldaşlıq görüşünə mükafata istəyirlər. Dünyada belə bir şey yoxdur. Yoldaşlıq oyununa, heç-heçəyə mükafat vermək olar? Bu, harada yazılıb? Federasiya nə etsin? Düz deyirsiniz. Federasiya futbola cavabdeh qurumdur. Mən sizinlə razıyam. Federasiya bütün şəraiti yaradıb. Çarterlə uçuşu, yemək-içməyi, ən yaxşı otellərdə qalmağı federasiya edir. Peşəkar baş məşqçi gətirilib. Bundan başqa nə etməlidir? Bunu mənə başa salın. Rövşən Nəcəf lazım olan şəraiti yaradıb. Düzdür, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının turnirlər yaxşı səviyyədə keçirilmir. O başqa məsələ. Təbii ki, AFFA buna da cavabdehdir. Akademiylar olmalıdır”.