RU

İstirahət günü hava necə olacaq? PROQNOZ

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Korrespondent.az Milli Hidrometrologiya Xidmətinə istinadən bildirir ki, bununla belə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi İlə əvəz olunacaq. 

Havanın temperaturu gecə 10-13°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şərq rayonlarında çiskin, arabir duman olacağı gözlənilir. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.

Избранный
71
49
korrespondent.az

10Источники