RU

İsrail əsgərləri durmadan intihar edir: Rəqəmlər elan ediləndən daha çoxdur

İsrail mediası Qəzza zolağında və Livanın cənubundakı qarşıdurmalarda iştirak edən ən azı altı əsgərinin psixoloji problemlərə görə intihar etdiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəmin əslində daha çox olduğu təxmin edilir, lakin İsrail ordusu bu mövzuda rəsmi məlumatları bölüşməkdən imtina edib.
 
İsrail ordusunun yaratdığı ruhi sağlamlıq klinikalarına minlərlə İsrail əsgərinin, eləcə də sahədə növbətçi psixoloqların müraciət etdiyi bildirilib.

İsrailin Qəzza və Livandakı hücumlarına qatılaraq psixologiyasını pozan İsrail əsgərlərinin təxminən üçdə birinin travma sonrası stress pozğunluğundan əziyyət çəkdiyi diqqətə çatdırılıb.

Müharibə səbəbindən psixologiyası zədələnən İsrail əsgərlərinin sayının yaralananlardan çox olacağı proqnozlaşdırılır.
 
İsrail Ordusunun Psixi Sağlamlıq İdarəsinin rəisi Lusian Lior mart ayında verdiyi açıqlamada təxminən 1700 İsrail əsgərinin psixoloji müalicə aldığını qeyd edib.

Mikayıl
Избранный
17
azxeber.com

1Источники