RU

Merkel: Ukrayna Rusiya ilə danışıqların başlaması qərarını təkbaşına verməli deyil

Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynanın Rusiya ilə danışıqlara başlamaq qərarını təkbaşına verməməli olduğunu bildirib.

Musavat.com xəbər verir ki, "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə Merkel, "danışıqlar, əlbəttə, Ukraynanın başı üzərindən aparılmamalıdır. Amma eyni zamanda Ukraynanı dəstəkləyən bir çox ölkə Kiyev ilə birlikdə, Rusiya ilə diplomatik həllin müzakirə olunacağı zamanı müəyyən etməlidir. Bu, təkcə Kiyevin qərarı olmamalıdır", – deyə vurğulayıb.

Merkel bu açıqlama ilə Ukraynanın müstəqil qərar verməsini istəyən bəzi tərəflərlə yanaşı, beynəlxalq dəstəyi nəzərə alaraq müzakirələrə başlamağın vacibliyini qeyd edir.

Избранный
9
musavat.com

1Источники