RU

"Tramp Ukraynanın dağılmasına imkan verməyəcək" - Antonio Kosta

Avropa Şurasının gələcək rəhbəri Antonio Kosta ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Çin, İran və KXDR-dən gələn təhdidlər fonunda Ukraynanın dağılmasına imkan verməyəcəyinə əminliyini ifadə edib.

 

Sfera.az xəbər verir ki, o bu barədə "Financial Times"a müsahibəsində bildirib.

 

"Tramp Rusiyada Şimali Koreya əsgərlərinə baxıb gördüyü tamam başqa şeydir və Rusiyanın əsas köməkçiləri Çin və İrandır. Düşünürəm ki, o, başa düşməyə bilməz”, - Kosta qeyd edib.

 

Avropa Şurasının gələcək rəhbəri, həmçinin Trampın Ukrayna münaqişəsinə son qoymaq vədini xatırladıb və etiraf edib ki, Trampın Rusiya-Ukrayna münaqişəsini “24 saat ərzində” başa çatdırmaq vədini necə həyata keçirəcəyi ona maraqlıdır.

 

Kosta qeyd edib ki, o da sülhə nail olmaq istəyir, lakin “ədalətli şəkildə, davamlı sülhü təmin etməklə, nəinki nahar müddətində”.

 

Qeyd edək ki, Antonio Kosta rəsmi olaraq dekabrın 1-də vəzifəsinin icrasına başlayacaq. O, əvvəllər Lissabonun meri olub və sonra 2024-cü ilin aprel ayına qədər ardıcıl üç dəfə Portuqaliya hökumətinə rəhbərlik edib. Xəbər verdiyi kimi, onun ailəsi Portuqaliyada diktatura rejiminə qarşı fəal mübarizə aparıb, atası isə gizli kommunist fəalı olub.

 

İnci

Sfera.az

Избранный
16
1
sfera.az

2Источники