Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Gundem.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.