Türkiyədə beş ildir 25 qəpiyə satılan ərzaq çantalarının qiyməti arta bilər.
Sherg.az xəbər verir ki, məsələ yaradılmış komissiyada qiymətləndirilib, sektor nümayəndələri artım istəyir. Tullantıların çirklənməsinin qarşısını almaq üçün 2019-cu il yanvarın 1-dən plastik torbalar ödənişli hala gətirilib. Son qərarı ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum verəcək.