RU

Pedaqoji Universitetdə maarifləndirici görüş: Sağlam gənclik, parlaq gələcək

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatı narkomaniyaya qarşı mübarizəyə dair “Sağlam gənclik, parlaq gələcək” mövzusunda onlayn maarifləndirici görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev müasir dövrün aktual problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə və bu istiqamətdə maarifləndirmə işlərinin geniş kütləyə çatdırılmasının əhəmiyyətini qeyd edərək, gələcək nəsillərin sağlam yetişmələri üçün bu kimi görüşlərin vacibliyini vurğulayıb.

Görüşdə çıxış edən ADPU-nun 4 nömrəli Tələbə poliklinikasının baş həkimi Şəfəq Teymurova və həkimi Turan Hüseynova bəşəriyyətin ciddi bəlası olan narkomaniyaya aludəçilik hallarının yaranması və faciəvi fəsadlarını tələbələrin diqqətinə çatdırıblar.

Bakı Narkoloji Mərkəzi və “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İnsan Hüquqları Təşkilatının psixoterapevti Günay Babayeva tələbələrə narkomaniyaya yol açan sosial və psixoloji amillər haqqında məlumat verib, insanların sağlamlığına, həyatına və mənəvi-əxlaqi dəyərlərə mənfi təsir edən bu problemlə mübarizənin effektiv üsulları barədə təqdimatla çıxış edib.

 

Избранный
23
1
tehsil.biz

2Источники