RU

Azərbaycan meyvə-tərəvəz ixracından 535 mln. dollardan çox gəlir əldə edib

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 535 milyon 26.8 min ABŞ dolları dəyərində 515 min 707 ton meyvə-tərəvəz ixrac edilib.

"İki sahil”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 1.72% və ya 9.4 milyon dollar, həcmi isə 4.1% və ya 22 min ton azalıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycan 544 milyon 433 min dollar dəyərində 537 min 761 ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 141,9 milyon dollar dəyərində tomat (118.9 min ton) , 96.4 milyon dollar dəyərində meşə fındığı (15.4 min ton), 52.9 milyon dollar dəyərində xurma (74.5 min ton), 42.6 milyon dollar dəyərində alma (66.9 min ton ), 20.5 milyon dollar dəyərində kartof (48.2 min ton), 16.4 milyon dollar dəyərində nar (18.6 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.35%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.06%-ə bərabər olub.

Избранный
2
10
ikisahil.az

10Источники