RU

"ABŞ sürətlə müflisləşir"

Amerikalı milyarder və sahibkar İlon Mask hesab edir ki, ABŞ sürətlə müflisləşməyə doğru gedir.

EDnews xəbər verir ki, o, bu barədə ABŞ-nin dövlət büdcəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) bəyanatına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

DOGE-nin paylaşımında qeyd olunur ki, 2001-ci ildən bəri ABŞ büdcəsində profisit müşahidə olunmayıb. 2023-cü ildə ölkə hökumət 6,16 trilyon dollar xərcləyib, lakin yalnız 4,47 trilyon dollar əldə edib. Departamentdə ABŞ-nin dövlət büdcəsinin balanslaşdırılmasına çağırılıb.

“Amerika hazırda iflasa doğru gedir”, - İ.Mask bildirib.

Избранный
3
12
ednews.net

10Источники