NATO-nun baş katibi Mark Rutte ABŞ-ın seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib.
Azpost.info bildirir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte cümə günü Floridada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib”, – bəyanatda deyilir.
Qeyd olunur ki, Rutte və Tramp görüş zamanı ABŞ və alyansa daxil olan Qərb ölkələrinin qlobal təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Ehtimal olunur ki, NATO-nun baş katibi və Amerika dövlətinin seçilmiş prezidenti də Çinlə qarşıdurma və Ukraynadakı silahlı münaqişə ilə bağlı məsələləri qaldırıblar.