RU

Yaşayış minimumunun rolunu artırmaq lazımdır- ÖZƏL

"Büdcə Zərfində gələn il yaşayış minimumunun artırılıb builki 270 manatdan 285 manata  çatdırılması nəzərdə tutulur. 2026-2028-ci illərdə də hər il bir o qədər artım olacağı proqnozlaşdırılıb. Yəni söhbət mütləq rəqəmlə cəmi 15 manat, nisbi rəqəmlə isə cəmi 5,5 faiz artımdan gedir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: "Əgər nəzərə alsaq ki, bu il rəsmi inflyasiya göstəriciləri 5 faizin altında, Mərkəzi Bankın  proqnozunda isə 5 faizin üstündə  gözlənilsə də, gündəlik tələbat mal və məhsullarının xeyli hissəsinin  qiymətləri  ikirəmli səviyyədə artıb. Eyni zamanda Büdcə Zərfində inflyasiya proqnozu bu  il üçün 5 faizin altnda və Mərkəzi Bankın  proqnozunda isə  5 faizin üstündə götürülübsə, onda yaşayış minimumunun 15 manat və ya 5,5 faiz artımı əslində real artım deyil, sadəcə olsa-olsa kiçik bir kompensasiyadır. Orta perspektivdə də yaşayış minimumunun artımı adı ilə əslində gözlənilən inflyasiyaya yaxın səviyyədə kompensasiya ediləcəyi proqnozlaşdırılıb. Yaşayış minimumunun rolunu artırmaq lazımdır. Məsələn, müavinətlərin çoxu yaşayış minimumundan azdır.Tədricən  müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılması istiqamətində addımlar atılması məqsədəuyğun olar. Yaşayış minimumunun artımını sürətləndirməkdən ötrü digər şərtlərlə yanaşı, həm də minimum istehlak səbətinə yenidən baxmaq və orada son illər baş verən qiymət artımlarını dolğun şəkildə nəzərə almaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники