RU

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin azad edilməsinə çağırıb

Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.

Noyabrın 22-də- COP29 iqlim konfransının bağlanış günündə  Komitə diqqəti "COP öncəsi həbs edilmiş  ondan çox azərbaycanlı jurnalistdən birinə - həmin gün təcridxanada 30 yaşını qeyd edən Fərid Mehralızadəyə yönəldib.

"Fərid iqtisadçıdır və Azərbaycanda iqtisadi mövzular, o cümlədən ölkənin neft iqtisadiyyatı və onun sosial- ekoloji təsiri üzrə tanınmış şərhçidir. O həmçinin "Azadlıq" radiosu üçün iqtisadi mövzuları işıqlandırıb, Komitənin X sosial  şəbəkəsindəki yazıda deyilir.

Yazıda xatırladılır ki, Mehralızadə mayın 30-da saxlanılıb.

Qərb donor təşkilatları tərəfindən maliyyələşmə ilə əlaqədar “Abzas Media” antikorrupsiya araşdırma nəşrinə qarşı iş çərçivəsində Mehralızadəyə qarşı  "valyuta qaçaqmalçılığı" və digər cinayətlər üzrə  ittihamlar irəli sürülüb, halbuki ki, o, heç zaman bu KİV-də çalışmayıb, Komitə qeyd edir.

"Həbsdən qısa müddət sonra Fəridin xanımı Nərgiz uşaq dünyaya gətirib. Bu həftənin əvvəlinə qədər Fərid öz qızını görə bilməyib", - yazıda qeyd olunur.

Təşkilat Azərbaycan prezidentini COP29-un başa çatması ərəfəsində Mehralızadəni və 10-dan çox jurnalisti azad etməyə çağırıb.

Komitə istifadəçiləri Mehralızadənin 30 yaşı münasibətilə ona Mehralızadənin müdafiəsi üçün yaradılmış https://freefarid.info saytı vasitəsilə təbrik məktubları yazmağa çağırıb.

Mehralızadənin xanımı  Nərgiz Muxtarova bildirib ki, həyat yoldaşı yeni doğulmuş qızını 30 yaşı ərəfəsində görə bilib.

“Bu gün Fərid yeni doğulmuş qızımızı ilk dəfə gördü - cəmi bir neçə saatlığa. Onların ayrıldığını görmək çox ağrılı idi. İndi onların bir-birinə daha çox ehtiyacı var. Onlar artıq heç vaxt geri qaytarılmayan qiymətli anları itiriblər. Bu ədalətsiz həbsə son qoyulmalıdır!", - o, X sosial şəbəkəsində yazıb.

Избранный
19
turan.az

1Источники