RU

Genefondumuzla bağlı HƏYƏCAN: “Təbii doğumlar, süni qidalar…” – VİDEO

 

“Təbii doğumlara üstünlük verilməli, süni qidalardan imtina etməli, düzgün məhsullarla uşaq böyüdülməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında milli genefondun üz-üzə qaldığı təhlükələrdən danışan sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, xüsusilə özəl sektorda analıq məzuniyyəti verilməli, uşağın rahat böyüməsi üçün isə uşaq pulu təmin edilməlidir.

“Əgər bəzi deputatlar milli genefondu məhv olmaq təhlükəsindən qurtarmaq istəyirlərsə, – hansı ki bunu istədiklərindən əmin deyiləm – sadalananları reallaşdırmalıdırlar. Təbii doğumlara üstünlük verilməli, süni qidalardan imtina etməli, düzgün məhsullarla uşaq böyüdülməlidir. Nəticədə qarşılaşdığımız bu təhlükə aradan qalxacaq”, – deyə o bildirib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Избранный
20
yenicag.az

1Источники