RU

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi: ixracda azalma, idxalda artım

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 9 milyard 571 milyon 745 min ABŞ dolları təşkil edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 928 milyon 362 min ABŞ dolları (29,09%) azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24,31 %-i həcmində olub.

10 ayda Azərbaycan İtaliyaya 9 milyard 128 milyon 881 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 40,14%-i İtaliyanın payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyadan məhsul idxalını illik müqayisədə 28,8% artıraraq, 442 milyon 863 min ABŞ dollarına çatdırıb. Dövr ərzində İtaliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 2.66%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az

Избранный
8
3
fins.az

4Источники