RU

Kremlin sözçüsü: Rusiyada səfərbərlikdən söhbət gedə bilməz

“Rusiyada səfərbərlikdən söhbət gedə bilməz”.

Editor.az xəbər verir ki, bunu açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov Rusiya vətəndaşlarının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətini fəal şəkildə yerinə yetirdiyini vurğulayıb. “Bu insanlar həddən artıq çoxdur, yüzlərlə insan hər gün müqavilə bağlayır və xüsusi hərbi əməliyyatlarda iştirak edir”, – deyən Peskov müqaviləli əsgərlərin əvvəlcə təlim prosesindən keçdiyini və ciddi şəkildə hazırlandığını bildirib. Kreml sözçüsü vurğulayıb ki, ona görə də hazırda səfərbərlikdən danışmağa ehtiyac yoxdur.

//Gülnarə Abasova, Editor.az

Избранный
8
editor.az

1Источники