Dünən İsrail ordusu Beyrutla yanaşı Livanda da bir çox məntəqələri havadan hədəfə alıb. Livan Hizbullahı hücumlara raketlər və pilotsuz uçuş aparatları ilə cavab verib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Livan Xalq Səhiyyə Nazirliyi, İsrailin 8 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarında ölənlərin sayının 3 min 645-ə yüksəldiyini açıqlayıb.
Yaralıların sayı 15 min 355-ə yüksəlib.
Nazirlik ötən gün 62 nəfərin həyatını itirdiyini, 111 nəfərin yaralandığını bildirib.
Beyrutda dünənki hücumda 11 nəfərin öldüyü, 63 nəfərin yaralandığı açıqlanıb.
İsrail ordusu dünən Livanda bir çox nöqtəyə hava hücumlarını davam etdirərkən, Hizbullah İsrail hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə cavab verib.
Livanın paytaxtı Beyrutun cənub ətrafı İsrail ordusunun ağır hava hücumlarına məruz qalmaqda davam edir.
Şəhərdə partlayışlar baş verib və bir çox ərazidən qatı tüstü qalxıb.
İsrail Müdafiə Qüvvələri (IDF) dünən verdiyi açıqlamada, hava qüvvələrinin Beyrutun cənub ətraflarında Hizbullah komandanlıq mərkəzinə basqın etdiyini bildirib.
Ordu həmçinin Livanın cənub sahilindəki Tir şəhərindəki komandanlıq mərkəzləri, silah anbarları və digər infrastruktur da daxil olmaqla, Hizbullah mövqelərinə hava zərbələri endirib.
Digər tərəfdən Livan hökumət rəsmiləri dünən Dəməşqdəki UNIFIL sülhməramlı qərargahına edilən hücumda 4 İtalyan əsgərinin yaralandığını açıqlayıb.