ABŞ-də bir çox məşhur simalar Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni tərk edəcəklərini bildirmişdilər.
“AzPolitika” xəbər verir ki, seçkilərdən sonra ölkəni tərk edən ilk şəxs məşhur komediyaçı və aparıcı Ellen DeGeneres olub.
Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra 66 yaşlı DeGeneres Montesitodakı evini satışa çıxararaq Böyük Britaniyaya köçüb. Bu yaxınlarda təqaüdə çıxacağını açıqlayan DeGeneres Britaniyanın cənub-qərbindəki Kotsvolds bölgəsində məskunlaşıb. DeGeneresin məşhur “The Ellen Show” adlı məşhur proqramı da 20 ildən sonra başa çatıb.
“AzPolitika.info”