RU

Jalə Əliyeva seçiciləri narahat edən məsələrdən danışıdı

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Əmək və sosial siyaət komitəsinin üzvü Jalə Əliyevanın Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2025-ci il büdcə müzakirələrinin aparıldığı birgə iclasında çıxışını təqdim edirik. XALQ.AZ məlumat verir ki,  Millət vəkili seçiciləri narahat edən məsələrdən danışıb.
“Biz yeni seçilmiş Parlementin ilk büdcə müzakirəsində iştirak edirik. Bu, həm də suveren, bütöv Azərbaycanın ilk Parlamentidir. Və Azərbaycanın bütün ərazilərində keçirilən Parlament seçilərindən sonra bu bizim ilk büdcə müzakirəmizdir.
2025-ci ilin büdcə zərfi ilə tanışlıq əminliklə bunu deməyə əsas verir ki, bu büdcə zərfi sosial-iqtisadi inkişafın vacib göstəricilərindən biridir. Biz önümüzdəki illərin büdcəsini müzakirə edərkən bir daha ölkəmizin inkişafına şahid oluruq. Büdcə xərcləri hər ötən ilə nəzərən artır. Elə gələn il üçün dövlət büdcəsi xərclərinin 1,5 faiz artması aparılan dayanıqlı, stabil iqtisadi-sosial siyasətin bariz göstəricisidir. Biz işğaldan azad etdiyimiz torpaqlarımızı yenidən qururuq, dirçəldirik. Bu gün həmin ərazilərdə aparılan nəhəng quruculuq işləri dövlətimizin prioritet istiqamətidir.
Eyni zamanda sosial sahədə, təhsil sahəsində, səhiyyə sahəsində və s. sahələrdə büdcə artımları nəzərdə tutulub ki, bu da çox vacib göstəricidir.
Mən bu mükəmməl layihəyə səs verəcəyəm. Və yeri gəlmişkən layihənin hazırlanmasında əməyi keçən bütün hökümət üzvlərinə, xüsusilə Maliyə Nazirimiz hörmətli Samir Şərifova təşəkkürümü bildirirəm.
Eyni zamanda hökümət üzvlərinin burada olması səbəbiylə seçkilər vaxtı və seçkilərdən sonra hazırda deputatı olduğum 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinə daxil olan Kürdəmir rayonunun 18 kəndinin sakinlərinin qaldırdıqları məsələlərdən bir qismini diqqətinizə çatdırmaq istəyirəm.
1. Rayonda kənd sakinlərinin əsas gəlir mənbəyi olan əkinçilik və heyvandarlığın inkişafında ciddi problemlər var. Belə ki, örüş yerləri üçün ayrılmış torpaq sahələri uzun müddətə müxtəlif şəxslərə icarəyə verilib ki, bu da kənd sakinlərinin heyvandarlıqla məşğul olmasını məhdudlaşdırır, narazılıqlar yaradır. Vətəndaşlar örüş yerlərinin əvvəlki təyinatı üzrə qaytarılmasını xahış edirlər.
2.Eyni zamanda əkin sahələrində meliorasiya işləri aparılmadığına və suvarma kanallarının, xüsusilə beton latokların istismar müddəti bitdiyinə görə vəziyyət bir o qədər ürəkaçan deyil. Su
nasoslarının vaxtında təmir olunmaması və elektrik su nasoslarını qidalandıran elektrik xətlərinin aşınması kənd sakinlərinə çərtinliklər yaradır.
3. İşsizliyin problem olduğu bir vaxtda idarə və müəssisələrdə (xüsusi ilə Kürdəmir Suvarma Sistemləri İdarəsində) “DOST “ MMC xətti ilə işə qəbul olunan şəxslər kütləvi şəkildə işdən xaric edilirlər.
4. ⁠Yuxarda göstərilən səbəblərə görə dolanışığı təmin etmək üçün əhalinin kütləvi şəkildə başqa şəhərlərə axını müşahidə edilir. Nəticədə məktəblərdə şagird çatışmamazlığından siniflər bağlanır və bu da son nəticədə müəllimlərin işsizliyi ilə nəticələnir.
5. ⁠Kürdəmir rayonunun seçildiyim dairəni əhatə edən kəndlərinin əksəriyyətində sakinlər elektrik xətlərinin və dirəklərinin tam qəzalı vəziyyətdə olmasından şikayərlənirlər. Hazırda rayon 1960-70 – ci illərdə çəkilən elektrik xətti ilə, əgər belə demək mümkündürsə, işləyir. Ömrünü başa vurmuş bu elektrik xətlərinin dəyişdirilməsinə, tansfarmatorların əsaslı təmirinə ehtiyac var.
6. ⁠Sakinlər eyni zamanda bəzi kəndləri mərkəzi yolla birləşdirən kənd yollarının əsaslı təmirini xahış edirlər.
Mən eyni zamanda bir az əvvəl Milli Məclisin Səhiyyə komitəsinin sədri, hörmətli Əhliman Əmiraslanovun onkoloji xəstələrə dövlət dəstəyi ilə bağlı fikirlərinə qoşularaq, dünyanın çox böyük bir bəlasına çevrilmiş bu mənfur xəstəliyə düçar olanların dövlətin yardımına ehtiyacı olduğunu bildirmək istəyirəm. Hər gün həyatla ölüm qalım mübarizəsi aparan onkoloji xəstələrin müayinə, müalicə və əməliyyat xərclərinin icbari tibbi sığorta tərəfindən qarşılanması vacibdir.
Çıxışımız zamanı toxunduğumuz məsələlərin önümüzdəki ilin büdcəsində nəzərə alınmasını xahiş edirik.
Sonda büdcə layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə etdiyimi bildirirəm.”
Избранный
16
xalq.az

1Источники